QADINLARA VƏ QIZLARA GÜC QAZANDIRMAQ UĞRUNDA MÜBARİZƏ

BİZ FEMİNİST BRENDİK. BƏRABƏRLİK UĞRUNDA MÜBARİZƏ GENİMİZDƏ VAR.

Anita Roddik 1976-cı ildə The Body Shop-u açandan bəri bərabərlik tərəfdarıyıq. Feminizm qanımızdadır; Feminist prinsiplərimiz hər kəsə aiddir və bərabərliyin hər kəsə fayda verdiyinə birmənalı şəkildə inanırıq. Özümüzü sevməyi və bədənimizi qəbul etməyi təşviq etməyə çalışırıq. Aktivizmimizlə dünyanı qadınlar və qızlar üçün ədalətli və təhlükəsiz bir yer halına gətirmək üçün kampaniya aparırıq. Aşağıda The Body Shop-da illər ərzində qurduğumuz bütün tərəfdaşlıqları vurğulayaraq 2021-ci il Beynəlxalq Qadınlar Gününü qeyd edirik; Üzərində işlədiyimiz layihələri kəşf edin və sizin də bütün dünyadakı qadınların güclənməsinə necə kömək edə biləcəyinizi öyrənin.

VƏDİMİZ

Bu gün biz hərzamankından daha çox, Anitanın bütün dünyada qadın və qızların gücləndirilməsi uğrunda apardığı mübarizəni davam etdirməyə çalışırıq. Bərabərlik bütün cəmiyyətə üstünlük qazandırır. Qadınlar bərabər hüquqlu və təhsilli olduqda, bu, hamı üçün daha yaxşıdır. Bu rəhbər prinsiplər bizim yol göstərən ulduzumuz və gələcək nəsillərə vədimizdir.

Qadın və qızları gücləndirmək üçün cinslər arasında bərabərlik uğrunda mübarizə aparmaq istəyən açıqsözlü aktivistlər olacağıq.
Bərabər hüquq və imkanları təmin etmək üçün, həqiqətən, vacib olan məsələlərə aydınlıq gətirəcəyik.
Platformamızdan feminist liderləri, səsləri və hərəkatları gücləndirmək və daha bərabər və ədalətli dünya yaratmaq uğrunda çalışanların sayını artırmaq üçün istifadə edəcəyik.
Özümüzü sevmək, bədənimizi qəbul etmək mesajı göndərən və gözəllik standartlarını rədd edən məhsullar və təcrübələr yaradacağıq.

BƏRABƏRLİK UĞRUNDA MÜBARİZƏNİN TARİXİ

2003
MƏİŞƏT ZORAKILIĞINA SON

2003-cü ildə bu mövzuda təxminən on illik kampaniyaya əsaslanan "Məişət Zorakılığına Son" kampaniyasını başlatdıq. Hədəfimiz məişət zorakılığından təsirlənən, o cümlədən sağ qalan uşaqlara kömək edən yerli tərəfdaşları dəstəkləmək məqsədilə məlumatlılığın artırılması, vəsait ayrılması və qanunların qəbulu üçün hökumətlərin lobbiləşdirilməsi idi.

2009-2012
UŞAQLARIN VƏ GƏNCLƏRİN CİNSİ İSTİSMARINA SON

2009-cu ildə "ECPAT İnternational" ilə "Uşaqların və gənclərin cinsi istismarına son" kampaniyasını başlatdıq. Bu kampaniya 7 milyondan çox imza toplayaraq və dünyanın 24 ölkəsinin yeni qanunvericilik qəbul etməyə yönəldərək misli görünməmiş miqyasda dəyişikliklərə ilham verdi.

2011
QLOBAL Şİ İTTİFAQI

Şi yağımız Qanadakı qadınların əl işidir. Bu işin texnikası nəsildən-nəslə ötürülür. Ədalətli Ticarət Cəmiyyəti tərəfdaşlığımız qadınların əməyinə görə ədalətli məvacib və qazanc əldə etmələrini təmin edir. Bununla belə, hələ də Qanadan ixrac olunan çox miqdarda şi, onu istehsal edən qadınlara daha az qazanc gətirir. 2011-ci ildə Qlobal Şi İttifaqını yaratmaq üçün sənayedə maraqlı tərəfləri bir araya gətirdik. Əsas məqsədlər şi yağı stehsalını yaxşılaşdırmaq, bazarı genişləndirmək və təchizat zəncirinin altındakı qadınlara daha çox fayda gətirməkdir. Davamlılıq prinsipləri şi yığanların, emal edənlərin, ixracatçıların və brendlərin təchizat zəncirlərinin dayanıqlı olduğunu iddia etmək istədikləri təqdirdə necə hərəkət etməli olduqlarını müəyyənləşdirir.

2019
PLAN INTERNATIONAL İLƏ DAHA ÇOXUNU ARZULAYIN

2019-cu ildə qızları daha çoxunu arzulamağa səslədik. "Plan International" ilə əməkdaşlıq çərçivəsində İndoneziya və Braziliyadakı qadın və qızları uğur qazanmaq və xəyallarını reallaşdırmaq üçün lazımlı vəsaitlərlə təmin etməyə çalışdıq. Təəssüflər olsun ki, bu ölkələrdə qızların əksəriyyətinin təhsil alma və işləmək imkanı yoxdur. "Daha Çoxunu Arzula" kampaniyamız gənc qadınlara bizneslərini qurmağa və ya yaxşı, təhlükəsiz iş tapmaqda köməklik göstərmək üçün peşə təhsili və bacarıqlar verən 18 aylıq proqramı dəstəklədi. Bu proqram çərçivəsində 1500 gənc qadına dəstək olduq.

2019
BLOODY GOOD PERİOD TƏRƏFDAŞLIĞI

Menstrusiya məhsulları lüks məhsul hesab olunmamalıdır. Lakin mensturasiya dövründə olan əksər qadın bunları qarşılaya bilmir. 2019-cu ildə biz sığınacaq axtaranlara, qaçqınlara və yoxsulluq içində yaşayanlara menstruasiya məhsulları təqdim edən "Bloody Good Period" xeyriyyə təşkilatı ilə əməkdaşlıq etdik. Qabbi Edlin, qida banklarının və icma mərkəzlərinin ehtiyacı olan insanlara kifayət qədər və ya ümumiyyətlə mensturasiya məhsulu vermədiyini başa düşdükdən sonra "Bloody Good Period"u qurdu. Ehtiyacı olan insanlara əşyalar toplamaq üçün minlərlə mağazamızdan və The Body Shop at Home™ şəbəkəsindən yararlandıq və onları sığınacaqlar, icma mərkəzləri və sığınacaqlar kimi yerli təşkilatlara təhvil verdik.

2019
PLASTICS FOR CHANGE

2019-cu ildə "Plastics For Change" ilə Hindistanın Banqalor şəhərindən təkrar emal olunmuş plastik alaraq cəmiyyətdə yeni ədalətli ticarət tərəfdaşlığı yaratmaq üçün əməkdaşlıq etdik. "Plastics For Change", Hindistanda adətən "Dalitlər" (Hindistanın kasta sisteminin aşağı nümayəndələridir, ayrı-seçkiliyə və pis iş şəraitinə məruz qalırlar) adlandırılan "tullantı toplayıcıları " ilə işləyir. Uşaqlıqdan tullantıların toplanması ilə məşğul olan və indi quru tullantıların toplanması mərkəzini idarə edən, bir neçə nəfəri işə götürən və plastik inkişaf kurslarında qızına dəstək olan Annamma kimi qadınlara dəstək oldular.

2020
AYRI OLSAQ DA TƏK DEYİLİK

2020-ci ildə COVID-19 pandemiyası zamanı bir çox ölkədə məişət zorakılığının kəskin və şok edici artım halları qeydə alındı. Dünyanın çox hissəsi evdə təcrid olarkən bir çox qadın, kişi və uşaq zorakılıq edənlərlə bir evdə qaldı və dostlarından və ailəsindən təcrid olundu. Biz #IsolatedNotAlone kampaniyamıza start verdik, qlobal məişət zorakılığı xeyriyyə təşkilatı NO MORE ilə birlikdə çalışaraq, problemləri hökumətlər üçün diqqət mərkəzində saxlayaraq ehtiyacı olanlara və ehtiyacı olan birini tanıya bilən hər kəsə vacib təlimatlar təklif edirik.
ƏDALƏTLİ TİCARƏT CƏMİYYƏTİ İLƏ ƏDALƏT UĞRUNDA MÜBARİZƏ
QANALI QADINLARIN ÖZ AYAQLARI ÜZƏRİNDƏ DAYANMASI
İNNOVATİV TƏHSİL VƏ SOSİAL YARDIM TƏŞƏBBÜSLƏRİ