GƏLƏCƏYİMİZ NAMİNƏ. FƏRQ YARATMAQ ÜÇÜN İMZALA.
Dünyanın bizə ehtiyacı var. Hamımıza. Birlikdə.
İqlim dəyişikliyi, artan bərabərsizlik, iqtisadi qeyri-müəyyənlik və s. ilə mübarizədəyik. Gələcəyimiz naminə yeni düşüncə tərzinə açıq olmalıyıq və həll yollarını tapmaq istəyiriksə, qaydaları yenidən yazmalıyıq.
Misilsiz dövrlər misli görünməmiş enerji, yaradıcılıq və nikbinlik tələb edir. Gənclər bütün bunlara və daha artığına sahibdirlər. Etiraz etmək, suallar soruşmaq, petisiya təqdim etmək, səs vermək və bütün mümkün üsullarla bunu göstərirlər.
Gənclər ictimai həyatdan uzaqdırlar və onları görmək, səslərini eşitmək lazımdır. Buna görə də biz Britaniya Gənclər Şurası ilə birlikdə Böyük Britaniya hökumətini bütün Böyük Britaniya seçkilərində səsvermə yaşını 16 yaşa endirməyə səsləyirik.
Bütün gələcəyimiz naminə biz qaydaları yenidən yazmalı olacağıq.
Gənclərin onlara təsir edən qərarlarda söz sahibi olması fikri ilə razılaşırsınızsa, aşağıdakı petisiyanı imzalayın.