DAIMA HEYVANLAR ÜZƏRINDƏ SINAQLARA QARŞI

KOSMETİK MƏHSULLARIN HEYVANLAR ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLMƏSİNİN AMANSIZ TƏCRÜBƏSİNİ QADAĞAN ETMƏK İSTƏYİRİK. HƏMİŞƏLİK.

1989-cu ildən heyvan haqları uğrunda mübarizə aparırıq. Ölkələrin təqribən 80%-ində hazırda heyvanlar üzərində sınaqlara qarşı hər hansı qanun yoxdur. Cruelty Free International-dakı dostlarımızla birlikdə apardığımız 'Daima Heyvanlar üzərində Sınaqlara qarşı' kampaniyamız, kosmetik məhsulların heyvanlar üzərində sınaqdan keçirilməsinin qadağan olunmasını hədəfləyir...həmişəlik.

HÖKUMƏTLƏR HEYVANLAR ÜZƏRİNDƏ SINAQLARIN BƏRPA OLUNMASI QARŞISINDA SUSUR
KOSMETİK MƏHSULLARIN HEYVANLAR ÜZƏRİNDƏ SINAQDAN KEÇİRİLMƏSİ NƏ DEMƏKDİR?

İNDİYƏ QƏDƏR NƏLƏRƏ NAİL OLDUQ?

4 oktyabr 2018-ci il Ümumdünya Heyvanlar Günündə, The Body Shop və Cruelty Free International, Birləşmiş Millətlər Təşkilatının dayanıqlı inkişaf gündəmini irəli sürərkən heyvanlar üzərində sınaqlara son qoymaq üçün qlobal mühit yaratmaq məqsədilə Nyu-Yorkdakı BMT qərargahına kosmetik məhsulların heyvanlar üzərində sınanması əleyhinə atılan 8,3 milyon imza təqdim etdi.

Bu imzaların qeyd edilməsi, kosmetik vasitələrdə heyvanlar üzərində sınaqdan keçirilməsinə qarşı kampaniya həyata keçirən ilk beynəlxalq gözəllik brendi olan The Body Shop ilə heyvanlar üzərində kosmetik məhsul və inqrediyent sınaqlarına son qoymağa həsr olunmuş ilk qlobal, qeyri-kommersiya təşkilatı, uzunmüddətli kampaniya tərəfdaşımız 'Cruelty Free International' arasında 30 ildən artıq davam edən təbliğatın nəticəsidir. Birgə səy kosmetikada heyvanlar üzərində sınaqdan keçirilməyə qarşı ən iddialı kampaniyanı təmsil edir və bizneslər, hökumətlər və vətəndaşlar tərəfindən fəaliyyətə ilham vermək üçün bir model rolunu oynayır.

Cəmi 15 ay ərzində dünyanın hər yerindən tərəfdarlardan toplanan petisiya imzaları BMT ölkələrini heyvanlar üzərində, hər yerdə, əbədi olaraq kosmetik sınaqlara son qoymağa yönəlmiş beynəlxalq çərçivəni rəsmiləşdirməyə dəvət edir.

MƏHSULLARIMIZI NECƏ SINAQDAN KEÇİRİRİK

Məhsullarımızın təhlükəsiz, effektiv olduğundan və heyvanlara heç bir mənfi təsiri göstərmədiyindən əmin olmaq üçün onları ciddi sınaqlardan keçiririk. Kompüter verilənlərindən və laboratoriyada yaradılan toxumalarından istifadə edərək üç əsas sınaq metodundan istifadə edirik. Bütün kosmetik şirkətlər heyvanlar üçün təhlükəsiz olan oxşar test üsullarından istifadə edə bilərlər.

1.

"İn-silico" (kompüter əsaslı) analizdə ekstrapolyasiya yolu ilə oxşar materialların uyğunluğunu qiymətləndirməyə kömək etmək üçün asanlıqla əldə olunan mövcud verilənlərdən istifadə edilir.

2.

Laboratoriyada əldə olunan dəri insanın dəri hüceyrələrindən yetişdirilir. Heç bir insana və ya heyvana zərər vermədən insan dərisi ilə, demək olar ki, eyni şəkildə reaksiya göstərən hüceyrələr üzərində təhlükəsizlik testləri keçirmək imkanı verir.

3.

Son olaraq, insanlar üzərində daha yaxşı dözümlülük təmin etmək məqsədilə bir qayda olaraq, allergiya testi həyata vasitəsilə məhsullarımızı sınaqdan keçirəcəyik. Burada, yeni formulun sınaqdan keçirilməsinin son mərhələsi kimi, onun təhlükəsizliyindən və effektivliyindən əmin olmaq üçün məhsulun insanın dərisinə çox az miqdarda tətbiqi nəzərdə tutulur.

4.

Bununla yanaşı, lazım gələrsə, tibbi ekspertlərin nəzarəti altında məhsullarımızın həm dəriyə uyğunluğu, həm də kosmetik effektivliyi baxımından yoxlanılacağı nəzarət edilən istifadəçi sınaqları həyata keçirəcəyik.

DÜNYADAN ƏN SON XƏBƏRLƏR

2018-ci ildə petisiyamızı BMT-yə təqdim etdiyimizdən bəri dünya ölkələri yerli komandalarımızın tam dəstəyi ilə kosmetik vasitələrin heyvanlar üzərində sınanması ilə bağlı siyasətlərini dəyişdirmək üçün addımlar atırlar.

AVSTRALİYA

Avstraliya hökuməti kosmetik inqrediyentlərin heyvanlar üzərində sınanmasından əldə edilən yeni məlumatlara etibar etməyi dayandırdı.

KOLUMBİYA

Kolumbiya Nümayəndələr Palatasının plenar iclasında həm ölkədə istehsal olunan, həm də ölkəyə idxal edilən kosmetik məhsulların və inqrediyentlərinin sınaqdan keçirilməsində heyvanlardan istifadəni qadağan edən qanun layihəsi yekdilliklə təsdiqlənib. Qanun layihəsi indi Senata göndərilməlidir.

TAYVAN

Heyvanlar üzərində kosmetik sınaqlara qoyulan məhdudiyyətlər qüvvəyə minmişdir.

ÇİN

Tənzimləyici orqanlar idxal olunan, xüsusi istifadə üçün nəzərdə tutulmayan kosmetik vasitələrin heyvanlar üzərində sınaqdan keçirilməsinin ləğv etmək üçün məsləhətləşmələrə başladılar. "Bulldog", "Cruelty Free International Leaping Bunny" pilot proqramının bir hissəsi olaraq Çində satılan ilk beynəlxalq brend oldu.